İlk Səhifə / Meqa Telekom MMC

Meqa Telekom şirkəti İnformasiya-Texnologiyaları bazarının əsasən perspektivli seqmentlərində fəaliyyət göstərmək üçün 2006-cı ildə qurulmuşdur. Hazırda şirkətin potensialı müştərilərə rabitə və informasiya texnologiyaları sahəsində istənilən problemin kompleks həllini təmin etmək imkanı verir.
     Bu gün Meqa Telekom aparıcı və sürətlə inkişaf edən yerli İT-Şirkətlərdən biridir.

Missiyamız:
Adi istifadəçilər, şirkətlər  və İnternet provayderlər üçün dayanıqlı rabitə xidmətləri göstərilməsi.
Biznesin səmərəliliyinin artırılması məqsədilə ən son avadanlıq və proqram təminatı tətbiq etməklə professional xidmət göstərilməsi.

Şirkətin xidmətlər kompleksi:
•  İnternetə qoşulmanın təmin edilməsi üçün rabitə kanallarının təşkili;
•  Virtual şəbəkələrin təşkili və uzaq ofislərdəki kompüter şəbəkələrinin bir-birinə inteqrasiyası;
•  Cisco və digər aparıcı istehsalçıların avadalıqları bazasında Müştərilərin Şəbəkə  İnfrastrukturunun yaradılması;